Top banner PC
Top banner mobil

İnstalab

İnteraktiv Əyləncə

İnstalab

İnstalab. İnstalab sizin tədbirinizdə fotomaqnitlərin ani məhdudiyyətsiz çapıdır.

Bu, necə işləyir?

• Fotoqraflar tədbirin ən maraqlı anlarını tuturlar
• Komanda avadanlıqların köməyilə bütün şəkilləri maqnitlərdə çap edir. Hər bir tədbir üçün çərçivə fərdi olaraq seçilir. Ona istənilən loqo, yazı, şüar və ya heşteq əlavə etmək olar.
• Hazır foto-maqnitlər bizim xüsusi stendimizə asılır
• Tədbirin qonaqları ona yaxınlaşaraq fotomaqnitlərini götürə bilərlər
Fotomaqnit gözəl suvenirdir və onu almaq həmişə xoş emosiyalarla müşayiət olunur. Bizi həm böyüklər, həm uşaqlar, həm özəl müştərilər, həm də iri şirkətlər çox sevir.

Hansı növ İnstalab məhz sizin üçün uyğundur?

• Biz sizin fotoqrafınızla birgə də işləyə bilərik
• Bizim peşəkar fotoqrafımızla birlikdə İnstalab əsl səyyar fotostudiyaya çevrilir
• Biz hətta fotodivar və studiya işıqları da qura bilərik – bu, tamamilə mükəmməl fotoşəkillər çəkməyə imkan verir.

Niyə bizi seçirlər?

• Bir tədbir üçün 400-ə qədər maqnit çap edə bilərik, buna görə də heç bir qonaq diqqətdən kənarda qalmayacaq
• Bizim maqnitlərimiz həm suya, həm də gün işığına davamlıdır
• İstənilən miqyaslı və mövzu üzrə tədbirdə işləyirik
• Maqnitlərimiz sizin orijinal vizit kartlarınıza çevrilə bilər.

Xüsusi maqnit stendi

Fotomaqnit stendimiz ən yaxşı stenddir!
O, böyükdür, lakin yüngül və sabit olmaqla yanaşı, çox yer tutmur. İstəsəniz, tədbirin konsepsiyasına tam uyğun olması üçün üzərinə istənilən şəkli çap etmək mümkündür.
İnstalab istənilən tədbir formatına uyğun gələcək: toylar, ad günləri, təqdimatlar, yubiley, korporativ tədbirlər, promo-tədbirlər.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq