Haqqımızda

Müştərilərimizin tədbirlərini ən
maraqlı şou, müasir səhnə avadanlığı
və talantlı komanda ilə reallaşdırırıq

 

5 əsas fərqimiz

Komandamız

Fərq yaradırıq

Çox məlumat göstər

15 illik tarixçəmiz var

Ölkəmizdə turizm və tədbirlər sənayesinin bütün inkişaf mərhələlərinə yaxından şahidlik etdik. Bu inkişafda bizim də payımız oldu. Bu həyəcanı ilk gündə olduğu kimi qoruyub saxladığımız üçün qururluyuq.

Rəhbərlik daim iş başında

Şirkətimizin rəhbərliyi sadəcə tədbir və konfrans biznesi ilə məşğuldur. Onlar vaxtlarını biznesin inkişafı və gündəlik əməliyyatlar arasında bolüşdürüblər.

Layihə menecerləri

Hər bir müştəriyə, və hər bir işə layihə meneceri təyin olunur. İşimizin hər bir mərhələsində keyfiyyətə nəzarətə yüksək diqqət ayrılır

Tədbirlər sənayesində ən böyük komanda

15 ildən bəri bizimlə başlayan əməkdaşlarımızın hələ də bizimlə olması stabil inkişafımıza dəstək verir. Bu gün, 100-dən çox komanda üzvü ilə bazardakı ən böyük tədbir təşkilatçısı olaraq, aşağıdakı istiqamətlərdə fəaliyyət göstəririk: Audio-video avadanlığın kirayəsi, tədbirlərin əyləncə və interaktiv elementləri, timbildinq və biznes oyunlar, sinxron tərcümə, səhnə tərtibatı, dekorasiya.


Avadanlıq

Ən müasir avadanlıqlarla işləyirik

Çox məlumat göstər

Led ekran P2 piksel

P2 led ekranlarımız ölkədəki led ekran modulları arasında ən incə sayılan ekranlardır. P2 ekranlar, təqdimatdakı detalizasiyanın müştəri üçün vacib olduğu təqdimatlar üçün ən yaxşısıdır. Bu ekranları avtomobil salonları, konfranslar, məhsul təqdimatları, hibrid tədbirlər, özəl məclislər və toylarda quraşdırırıq.

Dataton Watchout

Böyük və çox ekranlı tədbirləri idarə etmək üçün multimedia serverlərindən istifadə olunur. Azərbaycanda bele server sadəcə Konsisdə var. Otel və Böyük konfrans mərkəzlərinin zallarında keçirilən böyük tədbirlərdə çoxsaylı monitorları idarə etmək üçün Dataton Watchout server və proqram təminatından istifadə olunur.

Sinxron tərcümə avadanlığı

2006-cı ildən bəri Bosch Integrus Interpretation sistemlərinə və DCN Next Generation konfrans səs sisteminə sahibik. Tərcümə avadanlığı konfrans və seminarlarda, imtahanlarda, səssiz sərgilərdə istifadə olunur.

Onlayn tədbirlər, Hibrid tədbirlər

Onlayn video konfranslar və hibrid tədbirlər. Kiçik zallar üçün avadanlıq təmin edirik. Böyük tədbirlərdə isə kamera çəkiliş komandası, canlı yayım avadanlığı, internet və sosial şəbəkələrə canlı yayım üçün mobil video studia ilə xidmət edirik. Led ekran, yaşıl ekran, studiya dekorasiyası daxil olmaqla istənilən növ çəkiliş və yayım üçün səhnə və studiya dekorasiyaları qura bilirik.

Səs

Bizdə hər şey var. Kiçik tədbirlər üçün səs sistemləri, MICE tədbirləri üçün səs sistemləri, qala yeməkləri üçün səs sistemləri, konsert və əyləncə üçün səs sistemləri, otellər, konfranslar və seminarlar üçün səs sistemləri. Portativ kolonkalar, tavandan asma sistemlər.

İşıqlandırma

İşıqlandırma və effektlər avadanlığı. Bütün işıqlandırma avadanlıqlarımız Alman, Fransız və ya ABŞ markalarıdır. DJ işıqlandırma, konsert işıqlandırması, moda nümayişi işıqlandırması, konfrans səhnəsi işıqlandırma cihazlarımız var. Təlimli işıqlandırma texniki qrupumuz GrandMa konsollarını ən yüksək səviyyədə istifadə edir. Efektlərimiz və tüstü maşınlarımız da var. Tədbirinizin planını və ideyalarınızı bizimlə paylaşın və onları gerçəkləşdirməyə kömək edəcəyik.


Səhnə tərtibatı

Öz taxta, malyar, montaj və reklam emalatxanalarımız var

Çox məlumat göstər

Öz səhnə elementlərimizi istehsal edirik

Sərgi stendləri, konfranslar və digər tədbirlər üçün foto zonalar da daxil olmaqla, Bakıda xüsusi səhnə tərtibatı, tədbir səhnələri yaratmaqda geniş təcrübəyə sahibik. Səhnə tərtibatı istehsal komandamız hər cür material ilə işləyərək tədbir səhnə dekorasiyaları edir.

Öz taxta seximiz fəaliyyət göstərir

Azərbaycanda ağacdan, metal elementlərdən səhnə və stend hazırlamaq üçün öz ustalarımız var. İstehsal qrupumuz təcrübəli ağac emalı ustaları, qaynaqçılar, montaj və demontaj qrupundan ibarətdir. İmkanlarımız haqqında daha çox məlumat əldə etmək üçün emalatxanalarımızı ziyarət etməyə sizi dəvət edirik.

Boya emalatxanamız

Taxta, metal sexlərimizdən əlavə, Bakıda öz boya emalatxanamız da var. Bütün səhnə, stend, dekorasiya elementlərinin boya işlərini öz seximizdə edirik. Hər növ boyalarla işləyirik.


Franşiza brendlərimiz

Dünyada məşhur olan tədbir brendlərinin yerli təmsilçisiyik

Çox məlumat göstər

Catalyst Global

Konsis, Catalyst Global ailəsinin Azərbaycandakı eksklyuziv təmsilçisidir. Timbildinq tədbirləri Azərbaycanda yeni tendensiyadır. Catalyst Global isə dünyanın ən böyük komanda quruculuğu və biznes oyunlar şəbəkəsidir.

İnstalab

Konsis.entertainment Azərbaycanda İnstalab markasının eksklyuziv nümayəndəsidir. İnstalabın “maqnitli marketinq” texnologiyası ilə tədbirlərdə fotosessiya təşkil olunur və çəkilən şəkillər yerindəcə maqnit uzerinə press olunur və tədbirdə qurulan maqnit lövhəsində iştirakçılara təqdim olunur. İnstalab, şübhəsiz ki, bütün növ tədbirlərdə ən xoş əyləncə elementidir.

Selfi 360

Konsis.entertainment, Selfi 360 interaktiv əyləncəsinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Tədbirinizə Selfi 360 sifariş verirsiniz. Qonaqların xüsusi platformada 360 dərəcə videosunu çəkirik, supersürətli proqramımız bu video faylı yavaşladılmış rejim GIF faylına konvertasiya edir, fayla tədbirin brendinq elementləri əlavə edirik. İştirakçıların ele yerindəcə bu video faylı sosial şəbəkələrinə və ya e-poçt ünvanlarına göndərmək imkanları var.


Əyləncə şouları

Ən yaxşı əyləncə şoularını təmsil edirik

Çox məlumat göstər

Yerli şou proqramlar

Azərbaycanda bütün əyləncə şouslarının geniş kataloqunu təqdim edən bir tədbir əyləncə şöbəmiz var. Müğənnilər, milli rəqs qrupları, DJ-lər, musiqi qrupları, MC-lər. Tədbirinizin abu havasına ən uyğun yerli istedad şoularını seçirik və tədbiriniz zamanı əyləncə proqramının axınını idarə edirik.

Beynəlxalq istedadlar

Ən yaxşı xarici istedad qruplarını Azərbaycanda təmsil edirik. Biz digər ölkələrdən olan istedad qruplarını müştəri tədbirlərinə uyğun seçirik. Əyləncə mütəxəssislərimiz müştəri komandası ilə işləyir və konkret gələcək tədbir üçün fərdi bir proqram hazırlayır və şounu sizin üçün aparır.

Xüsusi əyləncə şouları

Əyləncə qrupları ilə işləyirik və tədbirinizə və məkan tələblərinizə görə fərdi şoular hazırlayırıq. Böyük rəqs şoularını və səhnə tamaşalarını orta və kiçik məkanlara uyğunlaşdırırıq və hər bir tədbir iştirakçısının şou təcrübəsindən eyni səviyyədə zövq almasına imkan veririk.

 

“Mən dəfələrlə KONSiS-in sinxron tərcümə xidmətlərindən istifadə etmişəm və hər zaman xidmətlərin keyfiyyətindən çox razı qalmışam.”

US Embassy EXBS Program
Sabir Əlisgəndərov

“KONSiS-i yüksək keyfiyyətli tərcümə xidməti göstərən yaxşı bir tərəfdaş kimi tövsiyə etməkdən məmnunluq duyuruq.”

AZERSUN Holding
Fuad Həsənov

“KONSiS-in yazılı tərcümə prosesində sənədləri diqqətlə analiz edib və  İngilis dilində terminlər və təriflər təklif etməsi və sənədin təhvil verilmə tarixindən əvvəl  diqqətlə və məhsuliyyətlə yoxlanmış  halda təhvil verməsi  bizi təəccübləndirdi.”

Pasha Holding
Rasim Hacıyev

“Bu tövsiyə məktubunu 2018-ci ildən bəri Fairmont Hotel Baku Flame Towers-da audiovizual avadanlıqların və reklam materiallarının əsas təchizatçısı kimi   çalışan KONSiS MMC-yə  yazmaqdan məmnunluq hissi duyuram.”

Fairmont Hotel Baku Flame towers
Ekaterine Soboleva

“Konsis tərəfindən təqdim olunan “Zoom” onlayn platforması üzərindən onlayn tədbir xidməti çox yaxşı keçdi və xüsusilə tədbirin keçirilməsində göstərilmiş texniki dəstəyə görə iştirakçılarımız adında təşəkkürümüzü bildiririk.”

UNECE
X-m. Nona Iliukhina

“Tədbirimin əla keçməsini təmin etmək üçün komandanızın sərf etdiyi bütün səylər, zəhmətlər və yuxusuz gecələr üçün sizə təşəkkür etmək üçün sizə yazıram.”

C4E
Saurabh Garg
Haqqımızda