Mozaika
Mozaika Vol (Mozaika divarı) birbaşa tədbirdə çəkilmiş fotoşəkillərdən pazl yaradan interaktiv vasitədir.
Mozaika divarı nə deməkdir?
1. Tədbirə gələn qonaq foto-stendin qarşısında şəkil çəkdirir.
2. Hazır fotoşəkil proqram tərəfindən işlənilir və çapa göndərilir
2. Hər bir şəklə foto-divarda tapılması tələb olunan nömrə verilir, fotoşəkil onun üçün ayrılmış xüsusi yerə yerləşdirilir.
3. Divarda nə qədər çox qonaq öz fotosunu yerləşdirirsə, ümumi görüntü bir o qədər aydın olur və nəhayət, ümumi mənzərəni təsvir edən tam təsvir yaranır.
Mozaika divarı, tədbirinizdə qonaqların iştirakını artırmaq üçün ideal xidmətdir. Daha böyük yığıncağın bir hissəsi olmaq fikri insanların xoşuna gəlir! Qonaqlarınız brendinizə, məhsulunuza və ya komandanıza öz töhfələrini verdiklərinə görə xüsusi məmnunluq hissi keçirirlər.
Yaxın məsafədən fotomozaika
Yaxın məsafədən fotomozaika – qonaqlarınızın bir neçə yüz ədəd ayrı-ayrı fotoşəkli deməkdir. Bir addım geriyə getsəniz, şirkətinizin fərdi mozaikasından zövq alacaqsınız!
Bu gələcək illər ərzində şirkətinizin nüfuzuna xidmət edəcək bir tədbirdən və ya marketinq fəaliyyətindən yadda qalan əla suvenirdir.
Belə bir interaktiv layihənin yaradılması miqyasından, məqsədlərindən və auditoriyasından asılı olmayaraq, müxtəlif tədbirlər üçün təşkil edilə bilər.
Fotozona Mozaika divarından qonaqlarınız, tərəfdaşlarınız, müştəriləriniz üçün təşkil etdiyiniz işgüzar, habelə əyləncəli tədbirlərdə istifadə etmək mümkündür.
Konfranslar
Mozaika divarı şirkətinizin loqosu, tədbirinizin şüarı əks olunacaq mozaikanın yaradılması üçün həmkarlarınızı bir araya gətirir. Kofe fasiləsi və açılış tədbirləri üçün idealdır.
Sərgilər
İnteraktiv zonanın icarəsi – Mozaika divarı ziyarətçiləri stendinizə cəlb edə bilmək üçün əla üsuldur.
Toy və özəl tədbirlər
Toy həyatda hər zaman dəyər verilməli olan xüsusi gündür. Mozaika divarı əlamətdar anları yaddaqalan etmək və onları gəlinin və bəyin möhtəşəm mozaik təsvirinə çevirmək üçün mükəmməl vasitədir. Bu, həm tədbirə gələn qonaqlar, həm də bilavasitə şənliyin səbəbkarları üçün ən yaddaqalan və maraqlı hədiyyə olacaq.
Təqdimatlar, yeni məhsulun/brendin təqdimat mərasimi
Yeni məhsulunuzun təqdimatı ilə sosial şəbəkələrdə səs-küy yarada biləcəksiniz.
Tədbirinizdəki qonaqların sayından asılı olaraq, müxtəlif ölçülü parçalar təqdim edə bilərik.
Üstəlik, keçirəcəyiniz tədbirin daha rəngarəng və yaddaqalan olması və yüksək texniki səviyyədə təşkil olunması üçün əlimizdən gələni edəcəyik!
Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.
İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.
Biz kimik?
✅ Şirkətimizin şöbə sayı: | 14+ |
✅ Komanda üzvü sayı: | 70+ |
✅ Tamamlanmış işlər: | 1000+ |
✅ Müştəri rəyləri: | 100+ |
Dostlarınla paylaş
Portfolio
Əlaqə üçün
- SAT Plaza, 10-cu mərtəbə, 133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
- +99410 255 58 88
- +99410 255 58 88
- info@konsis.az