Hüquqi sənədlərin tərcüməsi
Hüquqi sənədlərin tərcüməsi tərcümə sahəsində ən böyük yer tutan sahələrdən biridir. Bu baxımdan, yerli və beynəlxalq qanunvericiliyi dərindən bilən tərcüməçilərlə işləmək vacibdir. Hüquqi tərcümələrin çətinliyi ondan ibarətdir ki, tərcümə zamanı yüksək dəqiqlik tələb olunur. Hüquqi baxımdan dəqiqlik tələb edən sənədlərdə yanlış tərcümə nəticədə ciddi məsuliyyətə səbəb ola bilər. Bunu yalnız bu sahədə təcrübəsi olan peşəkar tərcüməçilərə həvalə etmək olar. Konsis Tərcümə şirkəti olaraq, bunu öz üzərimizə rahatlıqla götürə bilirik. Şirkətimizdə bütün sahələrdə mütəxəssis tərcüməçilər çalışır. Bizim tərcüməçilərimiz sadəcə tərcüməçi deyil, həm də bu sahədə dərin bilikləri olan peşəkarlardır. Qanunlar, müqavilələr, apostillər, etibarnamələr, razılaşmalar, notarial sənədlər, məhkəmə sənədləri və sertifikatlar hüquqi tərcümələrə aiddir. Hüquqi sənədlərin tərcüməsində möhürlərin, imzaların tərcüməsi xüsusi diqqət və dəqiqlik tələb edir. Məhkəmə sənədlərinin tərcüməsində məna səhvləri yolverilməzdir. Peşəkar tərcüməçilərdən ibarət komandamız bu cür tərcümələrin öhdəsindən tam dəqiqliklə, hərtərəfli gəlir. Çünki peşəkar filoloqlarımız həm yerli, həm də beynəlxalq qanunları yüksək səviyyədə bilir. Hüquqi sənədlərin tərcüməsində hüquqi terminologiyanı, hüquqi münasibətlərin spesifikasını dərk etmək mütləq amillərdən biridir. 20 illik təcrübəmiz əsasında biz geniş mütəxəssis bazasına sahib olmuşuq. Konsis bazarda Milli Standartlaşdırma və Sertifikatlaşdırma Agentliyinin Keyfiyyət Sertifikatı ilə təltif edilmiş yeganə tərcümə şirkətidir. Bizim üstünlüyümüz hər bir layihədə sürətli geri dönüş, 24 saat onlayn rejimdə iş prinsipimiz və, nəticə etibarilə, keyfiyyətli məhsulun təhvil verilməsidir. Hər bir işə fərdi yanaşırıq, iş üçün ayrılan vaxt, tərcüməçi, redaktor və təhvil verilmə saatı əvvəlcədən müəyyənləşdirilir və dəqiqliklə yerinə yetirilir. Tərcümələr hazır olandan sonra üçüncü şəxs (redaktor) tərəfindən yoxlanılır və müvafiq formatda təhvil verilir. Beləliklə, keyfiyyətli tərcüməyə zəmanət vermiş oluruq.
Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.
İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.
Biz kimik?
✅ Şirkətimizin şöbə sayı: | 14+ |
✅ Komanda üzvü sayı: | 70+ |
✅ Tamamlanmış işlər: | 1000+ |
✅ Müştəri rəyləri: | 100+ |
Dostlarınla paylaş
Portfolio
Əlaqə üçün
- SAT Plaza, 10-cu mərtəbə, 133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan
- +99410 255 58 88
- +99410 255 58 88
- info@konsis.az