Top banner PC
Top banner mobil

Tibbi sənədlərin tərcüməsi

Tərcümə

Tibbi sənədlərin tərcüməsi

Tibbi sənədlərin tərcüməsi tərcümə sahəsinin ən məsuliyyətli və çətin sahələrindən biridir. Tibbi tərcümə sahəsində çalışan hər bir tərcüməçinin bu sahəyə aid terminlərdən anlayışı və bu sahə ilə bağlı müvafiq bilikləri olmalıdır. Tibbi mətnlərin özəlliyi onların konkret, dəqiq və ciddi olmasındadır. Hər hansı bir səhv böyük fəlakətlərə gətirib çıxara bilər. Məsələn, dərman təlimatlarında və ya laborator nəticələrin tərcüməsində kiçik bir səhv həyati risk daşıya bilər. Tibbi tərcümələrə tibbi məqalələr, xəstəlik vərəqələri, diaqnozlar, reseptlər, pasiyentlər və həkimlər üçün informasiya, dərmanlar üçün istifadə təlimatları, laborator testlərin nəticələri, dərman tərkibləri, sağlamlıq haqqında arayışlar və digər sənədləri aid etmək olar. “Tibbi” dil əsas dilin sadəcə ayrılmaz hissəsi deyil, genişləndirilmiş modifikasiyası olduğundan, belə mətnlərin tərcüməsi ilə əlaqədar olaraq ümumi dil savadının qaydaları ilə yanaşı, spesifik tibbi terminləri də, ona uyğun qəbul olunmuş təyinatlar və ifadələri də mövcuddur. Konsis Tərcümə şirkəti bu cür tibbi sənədlərin tərcüməsini öz öhdəliyinə rahatlıqla götürə bilir. Bizim şirkətdə çalışan tibb üzrə mütəxəssis tərcüməçilər hər növ sənədi dəqiqliklə tərcümə edə bilir. Tərcüməyə başlamazdan əvvəl həmən sənəd üçün tərcüməçi və redaktor təyin edilir və söz verdiyimiz tarixdə tərcümə sizə təhvil verilir. Konsis olaraq üstünlüyümüz konkret vaxta işi təhvil vermək bacarığı, təcili sənədlərin vaxtında tərcümə olunması, verilən formatın qorunması və keyfiyyətli tərcüməni təhvil verməkdir. Konsis Tərcümə şirkəti bazarda olan ən böyük tibb şirkətləri ilə əməkdaşlıq edir, xarici şirkətlərin iri layihələrində iştirak edir. 20 illik iş təcrübəmiz əsasında biz böyük tərcüməçi bazasına sahib olmuşuq. Konsis bazarda Milli Standartlaşdırma və Sertifikatlaşdırma Agentliyinin Keyfiyyət Sertifikatı ilə təltif edilmiş yeganə tərcümə şirkətidir.

Niyə bizi seçməlisiz? İşimizin zəmanəti

Konsis Group 16 illik audio-video avadanlıqların icarəsi təcrübəsi ilə Azərbaycanda tədbir tədarükçüsü olan aparıcı şirkətdir. Konsis ilə işləməklə siz bütün tədbir tələblərinizi bir şirkətdən əldə edə biləcəksiniz. Bizdə audio, işıqlandırma, video avadanlıqlar, o cümlədən müxtəlif piksel diapazonlu led ekranlar, Dataton Watchout multimedia serveri, səhnə sistemlərimiz var. Ağac emalı və boya işləri öz istehsalat emalatxanalarımızda aparılır. Layihə menecerləri, texniklər və ustalar da daxil olmaqla təcrübəli heyət sizin tədbirinizin təşkilində iştirak edir.

İşimizə tam zəmanət veririk. Sizin tədbirlərinizə nəzarət edən layihı menecerləri, texniki heyət, istifadə olunan avadanlıq ən müasir tələblərə cavab verən səviyyədə sizə ayrılır. Qiymətlər sizə dəyər yaradacaq şəkildə demokratik büdcə prinsipi ilə tənzimlənib. Ehtiyacınız olan hər hansı xidmət bizdə yoxdursa, şəffaf şəkildə sizə bildirilir və arzu etsəniz sizin üçün kənardan satınalınaraq tədbirinizdə istifadə olunur, belə halda da əmin ola bilərsiniz ki, bu xidməti mümkün olan ən rəqabətçi qiymətlərə sizin üçün təşkil edəcəyik.

Biz kimik?

✅ Şirkətimizin şöbə sayı: 14+
✅ Komanda üzvü sayı: 70+
✅ Tamamlanmış işlər: 1000+
✅ Müştəri rəyləri: 100+

Dostlarınla paylaş

Share on whatsapp
WhatsApp
Share on facebook
Facebook
Share on telegram
Telegram
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on skype
Skype
Share on email
Email

Portfolio

Əlaqə üçün

    Sifariş göndər

    Məlumatlarınızı yazaraq göndərin, ən qaısa zamanda sizinlə əlaqə saxlanılacaq